Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yaddaşı gedib-gəlir, heç məni də tanımır" - Rəmişin həyat yoldaşı

  • 2021.03.25 11:50
  • 1600 Baxış
 "Yaddaşı gedib-gəlir, heç məni də tanımır" -  Rəmişin həyat yoldaşı

"Rəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik".

Medicina.az News24.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib.

O, bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir: "Xalq artistimiz Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz verdi".