Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaddaşı artırmaq üçün nə qədər kofein lazımdır?

  • 2022.12.12 14:49
  • 2020 Baxış
Yaddaşı artırmaq üçün nə qədər kofein lazımdır?


Alimlər səhərlər qəhvə içməyin beyinə faydasını aydınlaşdırıb.

Bakupost.az xəbər verir ki, eksperimentdə 25 kişi iştirak edib.

Taylandın Maxidolsk universitetinin alimləri yaddaşı yaxşılaşdıran kofein dozasını təyin ediblər.

25 kişi 2 qrupa bölünüb. Bir qrupa 50 mq kofein qatılmış su içirilib, digər qrup isə adi ətirləndirilmiş su içib.
Tədqiqatdan əvvəl EEQ vasitəsilə beynin aktivliyi yoxlanılıb.

Hər iki qrup öz içkisini içdikdən sonra yenidən EEQ və testlərdən keçirilib.

1 həftə sonra hər səhər kofeinli su içənlərin beynində görmə motor funksiyası, işlək yaddaş və diqqətin artdığı, gündüz yuxululuğunun itməsi və ümumi koqnitiv aktivlik müşahidə edilib.

Alimlər hər səhər yarım fincan təzə dəm qəhvə içməyin yaddaşa təsir etdiyini sübut edib.

Aygün Musayeva