Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaddaşı 12 həftəyə gücləndirən ərzaq tapıldı

  • 2023.11.03 16:36
  • 4679 Baxış
Yaddaşı 12 həftəyə gücləndirən ərzaq  tapıldı

Toxoku universitetinin alimləri 60 yaşdan yaddaşı aktiv saxlamaq və gücləndirmək üçün ən təsirli qidanı açıqlayıb.

“Medicina” xəbər verir ki, son tədqiqatlar göstərib ki, məşhur yapon qidası, suşi yanında daha çox verilən vasabi ədviyyatı antioksidant və iltihabəleyhinə təsir edir.

Eləcə də qidaya müxtəlif bitki və ədviyyatların daxil edilməsi, xüsusən sarımsaq və zəncəfil yaddaşı gücləndirir.

Təcrübədə 50-80 yaş arası psixi pozulması və ürək xəstəliyi olmayan insanlar iştirak edib. 12 həftə ərzində onlar yuxudan əvvəl 100 mq vasabi ekstraktı qəbul ediblər.

Vasabi qəbul edənlərin işlək yaddaşı artıb.

Eləcə də onlarda üzdən tanıma, adları xatırlama qabiliyyəti yaxşılaşıb.

Alimlər hesab edir ki, koqnitiv funksiyanın yaxşılaşmasının səbəbi hipokampda iltihabın azalması, eləcə də beyin hüceyrələrinin sərbəst radikallardan qorunmasıdır.

Aygün Musayeva