Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Ardınca ağıl kəmliyi, halusinasiyalar gələ bilərYaddaş zəifliyi sizi narahat edir?

  • 2018.11.21 14:41
  • 14228 Baxış
 - Ardınca ağıl kəmliyi, halusinasiyalar gələ bilər Yaddaş zəifliyi sizi narahat edir?
Bəzi dərman vasitələri beyinə öldürücü təsir edir, yaddaşı zəiflədir, unutqanlıq yaradır. 


Medicina.az xəbər verir ki, bir sıra medikamentlər var ki, onlar bir sıra koqnetiv problemlər yaradır. Bunlardan ən başlıcası isə yaddaş itirilməsidir.


Yaddaş itirilməsi çox vaxt qocalıq əlaməti kimi qəbul edilir. Amma çoxları heç bilmirlər ki, yaddaşın zəifləməsi bir sıra dərmanların əks təsirindən də meydana çıxa bilər.


Bütün "anti” preparatlar: antihistamin, antibiotik, antidepresant, spazmolitiklər orqanizmdə olan asetilxolinin səviyyəsinə təsir göstərir. Bu maddə yaddaş üçün vacib olan əsas maddələrdən biridir. Amma əslində isə onun azalması həm də görmənin zəifləməsinə, unutqanlığa, ağıl kəmliyinə, sayıqlamaq və halusinasiyaya səbəb olur. 


Yuxu dərmanları beynin işini koma və ya alkoqol sərxoşluğu vəziyyətinə salaraq zəiflədir. Buna baxmayaraq yuxu dərmanlarını bir sıra təbii vasitələrlə əvəzləməyin mümkünlüyünü bilməyərəkdən çoxları onu davamlı olaraq qəbul edir.  


Bu cür problemlərin qarşısını almaq üçün fiziki aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq, beyin üçün faydalı qidalar qəbul etmək daha məsləhətlidir. 

Unutmayın, sağlam və güclü olmaq üçün ilk növbədə beyniniz sağlam olmalıdır! 


Arzu

Medicina.az