Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaddaş niyə pisləşir? – SƏBƏBLƏR

  • 2024.07.22 16:46
  • 768 Baxış
Yaddaş niyə pisləşir? –  SƏBƏBLƏR
Həddindən artıq iş və psixi pozğunluqlar yaddaşın pozulmasına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə psixiatr və psixoterapevt Nadejda Panova danışıb.

Həkim bildirib ki, koqnitiv pozğunluğun ən çox yayılmış səbəbi psixi xəstəliklərdir: təşviş pozuntusu, obsessiya, bipolyar pozğunluq və hipomaniya.

“Belə hallarda ilk növbədə diqqət azalır, diqqət dağınıqlığı artır və insan heç cür diqqətini cəmləyə bilmir”, - Panova qeyd edib.

Onun sözlərinə görə, anemiya, endokrin pozğunluqlar və iltihabi proseslər kimi somatik xəstəliklər zamanı da yaddaş pisləşə bilər.

“Psixi və ya fiziki xəstəliklər aradan qalxdıqca yaddaş yaxşılaşa bilir”, - deyə mütəxəssis vurğulayıb.

Nyu-York Universitetinin nevroloqu Vendi Suzuki daha əvvəl bildirmişdi ki, gündəlik velosiped sürmək və ya sürətli yerimək beyin fəaliyyətini artırmaq, eləcə də yaddaşı yaxşılaşdırmaq üçün etibarlı üsuldur.

"Çünki məşq beyin də daxil olmaqla, bütün orqan və toxumalara qan axınını yaxşılaşdırır. Aktiv qan axını hipokampusun ölçüsünü - beynin yaddaşların formalaşmasına, qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsinə və yeni məlumatların öyrənilməsinə cavabdeh olan sahəsini artırır", - deyə mütəxəssis qeyd etmişdi.


Aysel