Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaddaş itkisinə səbəb olan qidalar - UZAQ DURUN!

  • 2021.08.16 15:17
  • 2037 Baxış
Yaddaş itkisinə səbəb olan qidalar -  UZAQ DURUN!
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur.

Medicina.az xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyin və bədən sağlamlığı bir-birilə əlaqəli iki sistemdir.



4 gün ərzində yüksək miqdarda yağlı və şəkərli səhər yeməyi yeyən insanların məlumatları araşdırılıb. Bu qidaların 4 gün ərzində yaddaşa zərər verdiyi məlum olub.

Oksford Universitetində edilən başqa təcrübədə isə yağlı qidalarla saxlanılan pəhrizin 5 gün ərzində əhval dəyişikliyinə, diqqət və yaddaş funksiyasına səbəb olduğu göstərilib. Artıq çəki yalnız bir çox insan üçün uyğun paltar tapmaq uğrunda mübarizə deyil. Artıq çəki bütün bədənə təsir edən bir reallıqdır. Bu insanlarda infarkt və diabet riski çox yüksəkdir. Ancaq mütəxəssislərə görə, bu, arıq insanların rahat bir nəfəs ala biləcəyi mənasına gəlmir. Müəxəssislərin fikrincə, sağlam bir görünüş sağlam bədənə sahib olmaq demək deyil. Arıq olsanız da, sağlamlığınıza ziyanlı pəhriz saxlayırsınızsa, idman etməmisinizsə, hələ də xərçəng, infarkt və diabet riski altındasınız.