Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

XVIII əsrə aid möcüzə reseptlər aşkarlandı – Vərəm, qaşınma, irinli yaraları necə sağaldırdılar?

  • 2020.03.02 18:40
  • 6281 Baxış
XVIII əsrə aid möcüzə reseptlər aşkarlandı –  Vərəm, qaşınma, irinli yaraları necə sağaldırdılar?

Britaniya alimləri XVIII əsrdə yaşamış məşhur naturopat, həkim və alim Qans Sloanın özünün şəxsi tibbi reseptlər kolleksiyasını üzə çıxararaq, dərc ediblər. Orda 1600-cü illərə aid da maraqlı dərman və qarışım reseptləri yer alıb.


Medicina.az xəbər verir ki, o dövrdə “çaxotka” adlanan, indi vərəm deyilən xəstəlik üçün məşhur reseptin tərkibi çox maraqlıdır.

3 litr inək südü, 12 ədəd təzə yumurta sarısı, 600 qram suxarı, 3 unsiya darçın, bir tikə qızıl, 3 qaşıq şəkər qarışdırılıb, ocaqda qaynara düşənə kimi saxlanılır.
Alınan qarışımı xəstə gün ərzində içirdi.

Yara və irinli suluqları bu mazla sağaldırdılar: sürvə, nanə, rozmarin, lavanda, yovşan bitkiləri üzüm sirkəsində 1 gün saxlanılır, sonra gil qabda 8 gün, hər gün 1 saat olmaqla bişirirdilər.

Sonra suyunu süzüb, alınan kütləni donuz piyi və ya mumla qarışdırıb, hər gün yaralara çəkirdilər.