Bu ildən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də qəbul qaydası elektron formada həyata keçiriləcək.
Medicina.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
Onun bildirdiyinə görə, liseylərə qeydiyyatdan keçmək üçün valideynlər martın 13-dən etibarən elektron sistemdən istifadə edə bilərlər.
İ.Abdullayeva vurğulayıb ki, bu təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar heç bir müsahibədə iştirak etmədən martın 13-də qeydiyyatdan keçə bilərlər.