Xroniki yorğunluq sindromunu bədənin tükənməsi, enerji azlığı, istirahətsiz iş, vitamin defisiti və psixoloji yorğunluqla əlaqələndirirlər.
“Medicina” xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun yeni araşdırması dəhşətli nəticələr ortaya qoyub:
Xroniki yorğunluğu psixosomatik hesab etmək olmaz, çünki bu ciddi bioloji dəyişikliklərdən xəbər verə bilər.
Xroniki yorğunluq patoloji tükənmə, gücsüzlük, fiziki və intelektual işə enerjinin qalmaması, depressiya ilə özünü göstərir.
Bundan başqa səbəbi bilinməyən oynaq, baş, əzələ ağrıları yaranır.
Əvvəllər belə problemi psixoemosional yüklənmə, stress, informasiya yüklənməsi ilə izah edirdilər.
Amma yeni tədqiqat göstərir ki, bu vəziyyəti yaradan bioloji səbəblər var.
BU adamlarda ürək yığılması tezliyi sakit halda daha yüksək olub, eləcə də güclü immun cavab, aktiv T hüceyrələri və zəif bağırsaq mikroflorası var.
Alimlər xroniki yorğunluğu olan insanlarda baş verən bu dəyişikliklərin mərkəzi sinir sisteminə neqativ təsir etdiyini sübut edib.
Nəticədə katexolaminlərin konsentrasiyası düşür.
Bu zaman insan hərəkət edəndə, iş görəndə arzuolunmaz simptomlar yaranır, tez yorulur.
Xroniki yorğunluq sindromu sistem xəstəliyinin bir əlaməti kimi də özünü göstərə bilər.
Biz sözlə, alimlər xroniki yorğunluğun bioloji səbəbdən olduğunu, bir neçə orqanın zədələnməsi iləş gedən sistem xəstəliyindən qaynaqlandığını bildirir və xəstələri ciddi müayinə etmək lazımdır”.
Aygün Musayeva