Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xroniki yorğunluq sindromunu necə müalicə etməli?

  • 2024.02.15 15:56
  • 1010 Baxış
Xroniki yorğunluq sindromunu necə müalicə etməli?

Xroniki yorğunluq sindromunun müalicəsi kompleks olmalıdır.


“Medicina” xəbər verir ki, psixiatr Yekaterina Makeeva xroniki yorğunluqla bağlı çıxış yolu göstərib.


“Əgər xroniki yorğunluq təsdiqlənibsə, terapevt və psixiatr müalicəsi paralel aparılmalıdır.

Adətən dərman terapiyası, antidepressant və yuxugətiricilər yazılır.
Psixoterapiya, fiziki idman, masaj və vitamin terapiya olmalıdır.

Hər insan müəyyən müddət enerji, güc azalması, yorğunluq, tükənmə ola bilər. Lakin bu uzun müddət davam edərsə, asteniyadan danışmaq olar.

Belə xəstələrdə davranış və düşüncə pozulması da ola bilər.


Ona görə neqativ düşüncəni dəyişmək üçün koqnitiv terapiya aparılmalıdır.


Depressiya, təşviş, apatiya, yuxu pozulması hamısı psixiatrik müalicə ilə aradan qaldırılmalıdır.


Belə xəstələrə uzun müddət evdə hərəkətsiz qalmaq olmaz, yüngül idman, masaj, gəzmək və üzgüçülük tədricən artırılmalıdır.

Antidepressant və yuxu dərmanlarını psixiatr təyin edir. Terapevt isə qan dəyərləri və hormonları, vitamin-mineralların vəziyyətini dəyərləndirir.


Asteniya halını qısa zamanda sezib həll etmək lazımdır, çünki uzun müddət, 1 ildən 3 ilə qədər davam edən hallarda müalicə, tam bərpa effekt vermir. Ona görə də özünüzdə və yaxınlarınızda xroniki yorğunluğa fikir verin”.

Aygün Musayeva