z mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.
Ancaq hər problemi texnologiyalara olan aludəçiliklə də əlaqələndirmək olmaz, burda bir necə müxtəlif faktorlar rol oynayır: qidalanma rejiminin pozulması, qidaların keyfiyyətinin aşağı olması, şəhərlərdə sürətlə əhali artımı və bunun nəticəsində yaşıllıqların məhv edilməsi, bütün gün ərzində ofislərdə çalışan insanlarda yaranan hipoksik vəziyyət (oksigen çatışmazlığı), müxtəlif yaş qrupları arasında yayılan qanazlığı, il ərzində təkrarlanan virus infeksiyaları, xroniki xəstəliklər zamanı uzun müddət dərman vasitələrindən istifadə, fiziki əməyin azalması və s. göstərmək olar. Çoxsaylı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, insan özündə yorğunluq, halsızlıq hiss edirsə, bu zaman orqanizmdə xüsisi maddələr yaranır. Orqanizmdə toplanan bu natamam mübadilə məhsulları əzələ, bədən ağrılarına, yorğunluq, halsızlıq hissinin formalaşmasına səbəb olur. Beləliklə, xroniki yorğunluq sindromu bir birindən zəncirvari asılı olan pozulmuş maddələr mübadiləsinin təzahürüdür.
Xroniki yorğunluq sindromunun əsas əlamətləri. Xroniki yorğunluq sindromundan əziyyət çəkən insanlar "çox yorulmuşam, halsızam", "bütün bədənim, əzələlərim ağrıyır", "dincəlirəm, amma yorğunluğum çıxmır", "nə qədər yatıram yuxudan doymuram" ifadələri ilə şikayətlərini bildirirlər və çox vaxt bunu soyuqdəymənin əlaməti hesab edirlər.
Xroniki yorğunluq sindromundan necə azad olmaq olar? Yorğunluqdan azad olmaq üçün insanlar müxtəlif vasitələrə əl atırlar: bəziləri energetik içkilərdən istifadə edir, bəziləri günün yorğunluğunu çıxarmaq üçün spirtli içkilərə aludə olur, bəziləri sakitləşdiricilər qəbul edirlər. Bütün bunlar nəticəsində insanlar, sanki, qüsurlu böhrana düşür, şikayətləri daha da artır və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır.
Xroniki yorğunluq sindromundan azad olmaq üçün: sağlam və balanslaşdırılmış qidaların, təmiz havada çox vaxt keçirin, gecə yuxusunu tənzimləyin, ən az 7-8 saat yatın, yatmazdan əvvəl texnologiyalardan istifadə etməyin, pozulmuş maddələr mübadiləsini bərpa etmək üçün həkiminizə müraciət edin. Çünki xroniki yorğunluq sindromunun vaxtında qarşısı alınmazsa, bu, ilkin olaraq, zehni əmək qabiliyyətinin zəifləməsinə, yaddaşın pozulmasına, infeksiyalara qarşı müqavimətin azalmasına, bir çox allergiyaya bənzər halların yaranmasına və ən sonda intellektual, psixoloji, seksual pozğunluqlara səbəb ola bilər.
Səhhətinizə qayğı göstərin, istirahət üçün vaxt ayırın, diqqətinizi həyatın müsbət və pozitiv anlarına yönəldin. Həyat gözəldir, onu doya-doya yaşayın. Sağlam olun!
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
(milli.az)