Stress, nevroz zamanı ən çox zərbə görən orqanlar vacib vəzilərdən biri - böyrəklərin üstündə yerləşən kiçik vəzilərdir.
"Medicina" xəbər verir ki, nevroloq Yevgeniy Kovalevskiy böyrəküstü vəziləri xilas etməyin yollarını açıqlayıb.
"Bu vəzilər ən böyük stress hormonu kortizolun evidir.
Kortizol olmasa insan səhər yuxudan oyanmaz, işlərinin dalıyca getməz, mübarizə aparmaz.
Amma insan daim lazım oldu-olmadı stress vəziyyətində oldu. kortizol normadan artıq çoxalıb qanda sabit qaldı, o zaman orqanizmdə reaksiyalar başlayır.
Hansı xarici əlamətlər böyrəküstü vəzilərin gərgin işlədiyini göstərir? Böyük, şişman qarın, ay kimi enli üz, boyunun arxasında piy donqarı, yüksək təzyiq, akne, bədəndə tərləmə, aşırı tükləmmə.
Bu zaman orqanizm sağ qalmaq uğrunda mübarizə yolunu seçir.
Amma aşağı kortizol da yaxşı heç nə vəd etmir.
Ona görə bunu normaya salmaq lazımdır.
Mütləq gündə 1 litrdən çox təmiz keyfiyyətli su.
Axşam saat 12-dən gec olmayaraq yuxu.
Hər gün 30 dəqiqə piyada gəzinti
Fitnes, gimnastika
Qidadan kofein, şokolad, şəkər, transyağlar çıxarılır.
İnternet və telefondan az istifadə olunur.
Əgər bu rejimə 3 ay ciddi əməl etsəniz, böyrəküstü vəzilərə istirahət vermiş olarsız.
Aygün Musayeva