Doktor Erik Berq daimi stresin orqanizm üçün təhlükəsini açıqlayıb.
"Medicina" xəbər verir ki, mütəmadi stresin böyrəküstü vəziləri sıradan çıxardığını bildirib.
"Neqativ emosiya partlayışı stresdən xilas olmağa yardım edir. Stress orqanizmdə qalmamalıdır. Amma stress gündəlik qonağa çevrilibsə, bu zaman emosiyalar daxildə toplaınr.
Bizim müdafiəçilərimiz olan böyrəküstü vəzilər zəifləyir və stresə qarşı dayana bilmir.
Məhz xroniki stress fonunda təhlükəli xəstəliklər - yüksək təzyiq, diabet, infarkt, insult baş verir.
Daim təhlükə hiss edən bədən qarın, bel nahiyəsinə piy toplanır. Bu daxili orqanları qorumaq üçündür, sanki təhlükəsizlik yastığı.
Bel nahiyə enlənir, əllər-ayaqlar nazilir, dəri sallanır. İnsan tez qocalır.
Nəhayət, xroniki stresdə olduğunuzu göstərən əlamətlər: yuxusuzluq, tez-tez oyanma, yaddaş pozulması, şirniyyat yemək, qarın sallanması, seksual istəyin azalması, yorğunluq.
Aygün Musayeva