Qastrit mədənin selikli qişasının müxtəlif mənşəli xroniki iltihabi distrofik dəyişikliyidir. Bu Azərbaycanda müxtəlif əhali təbəqələri arasında geniş yayılıb.
Xəstəlik artıq uşaq və yeniyetmələrdə də rast gəlinir.
Kəskin və xroniki qastritin səbəblərinə infeksiya, bakteriya, kimyəvi və dərman agentləri, qida pozulmaları və digər amillər aiddir.
Əsas 3 etioloji amil bunlardır:
-Mədənin perietal hüceyrələrinə qarşı anticisimlərin istehsalı – Autoimmun qastrit
-Xroniki Helicobacteri pyloriu tipli
-Mədəyə ödün axması ilə gedən qastral reflüks
Ən geniş yayılmış tip Helicobacter pyloridir.
Xroniki qastritin kliniki mənzərəsi kəskinləşmə dövründə yaranan həm yerli, həm də ümumi pozulmalarla xarakterizə olunur.
Yerli olaraq mədə nahiyəsində sızıltı, yeməkdən sonra yaranan ağırlıq, tez dolma hissi, gəyirmə, ağızda acı dad, yanma hissi, ağrı, qıcqırma hiss olunur.
Ümumi əlamətlər: arıqlama, ağız bucağı çatları, dırnaqların sınması, saçların tökülməsi, ümumi halsızlıq.
Diaqnostikası yalnız mədənin endoskopik müayinəsi ilə düzgün qoyula bilir.
Bundan əlavə, endoskopiya xroniki qastriti digər mədə xəstəliklərindən fərqləndirmək olur.
Xəstədən mükəmməl anamnez toplanılır və differensial diaqnostikada mühüm olan laborator müayinələr aparılır.
Qastritin müalicəsi birinci səbəbə yönəlməlidir. Müalicənin əsas məqsədi simptomların aradan qaldırılması, xəstənin ümumi vəziyyətinin yaxşılaşdırılması, iltihabi ocağın dəf edilməsi, selikli qişada gedən dəyişikliklərin qarşısının alınması
Helicobacter pylori infeksiyası tam təsdiq olunmayana qədər antibiotiklərlə müalicə aparılmamalıdır.
Sağalmanın qəbuledilmiş kriteriyası antimikrob terapiyadan 4 -6 həftə sonra H.pylori əlamətlərinin olmamasıdır.
Lakin son illərin statistikası göstərir ki, bu infeksiyanın antimikrob terapiyaya rezisdentliyi 50%-dən çoxdur. Ona görə müalicənin effektivliyi ildən-ilə azalır və daha uzun müddətli antibiotik qəbulu tövsiyyə olunur.
Bioloji təbabət biotənzimləmə yolu ilə xroniki qastritin müalicəsini təklif edir. Bu preparatları uzun müddət istifadə təhlükəsiz və effektivdir.
Bioloji təbabətin ümumu parazitologiya prinsiplərinə əsasən demək olar ki, bütün xroniki xəstəliklərin kökündə patoloji proseslər durur. Buna görə də qastritlərin əsasında immun sistemin disbalansı və metabolik pozulmalar dayanır.
Tədqiqatlarda biotənzimləyici terapiyanın patogenetik əsasları ilə, kompleks bioloji preparatların köməyi ilə drenaj detoksikasiya, qələviləşdirmə, immunomodulyasiya ilə xroniki qastritlərin müalicəsinin effektivliyi sübut olunmuşdur.
Müalicə 2 mərhələdə aparılmışdır:
1 mərhələdə infuzion sistemlərdən istifadə olunaraq, orqanizm təmizlənmişdir. Daha sonra immun disbalans korreksiya olunmuşdur. Müalicə zamanı xəstəyə müvafiq pəhriz və dübaj məsləhət görülür.
Təkrar müayinə göstərmişdir ki, xəstənin vəziyyəti xeyli yaxşılaşmış, ağrılar, qıcqırma, qəbizlik, spazmlar, köp aradan qalxmışdır.
II mərhələdən sonra endoskopik müayinələr zamanı pasiyentdə eroziv səpkilərin itməsi, mədənin qişasının ödemliyi xeyli azalmışdır.
Pasiyentlərin çoxunda ağız boşluğunda siniri çıxarılmış kariyesli dişlər, metal örtüklər, gingivit, stomatitlərin olması da mədə xəstəliklərini inkişaf etdirir.
Beləliklə, müalicəyə çətin tabe olan xroniki qastritin müalicəsində heç bir kimyəvi dərman və antibiotikdən istifadə olunmadan bioloji təbabət metodu ilə yüksək effektli müalicəsibə nail olmaq mümkündür.
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
Ünvan: Bakı ş, 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında