Xörək duzundan çox istifadə dağınıq skleroz xəstəliyinin yaranması riskini artıra bilər.
Medicina.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, ABŞ-ın Yel Universitetinin alimləri bu qənaətdədir.
Dağınıq skleroz mərkəzi və periferik sinir sisteminin pozulması ilə müşayiət olunan xroniki xəstəlikdir, insanın ömrünü 5-10 il azaldır. Xəstəliyin tam müalicəsi yoxdur, amma həkimlərin son tədqiqatı dağınıq sklerozu cilovlamağa ümidlər yaradır. Yel Universitetinin alimləri hüceyrələrdə artıq miqdarda duzun "Wnt” siqnal yolunu fəallaşdırdığını bildirirlər. Bu fəallaşmanın tənzimləyici T hüceyrələrinin pozulmasına səbəb olduğu, mərkəzi sinir sistemi üçün təhlükəli iltihablı proseslərə gətirib çıxardığı vurğulanır.