Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xoşbəxt olmaq üçün nə etməlisiniz? - Bürcünüz deyir

  • 2020.09.19 16:41
  • 3130 Baxış
 Xoşbəxt olmaq üçün nə etməlisiniz? -  Bürcünüz deyir
Xoşbəxtlik hərkəs üçün eyni şeyi ifadə etmir. Xoşbəxt olmağın formulları insandan-insana dəyişir. Burada bürcünüzün də önəmli rolu var. Məsələn, bəzi bürclər sevdikləri insanlar yanındaykən xoşbəxt olur, bəziləri isə yalnız və azad olduqda...


Bəs sizin bürcünüz nə deyir?

Medicina.az təqdim edir:


Qoç bürcü

Heç kim mükəmməl deyil. 7/24 hər şeydə bir nömrə olmaq istəyindən qurtulun. Bunu nə qədər tez etsəniz, qəbullanıb, onlarla xoşbəxt olmağı bacaracaqsınız.

Buğa bürcü

Xoşbəxt olmaq üçün ciddi bir münasibətdə olmağa ehtiyacınız yoxdur. Ehtiyacınız olan sizin özünüzlə olan münasibətinizdir.

Əkizlər bürcü

Dostlarınıza hər şeyi açıqladığınızda, olduğunuz kimi təqdim etdikdə, daha güclü və uzunmüddətli münasibətlər qura, daha xoşbəxt ola bilərsiniz.

Xərçəng bürcü

Ətrafınızda daima xəyallarınızı dəstəkləyəcək, üzgün olduğunuzda göz yaşlarınızı siləcək insanlar olsun. Dəstəkləndiyinizi bildikdə daha cəsarətli olacaqsınız. Pozitiv enerji, pozitiv həyat!

Şir bürcü

Enerjinizi və vaxtınızı özünüzdən daha böyük şeylər üçün xərcləməlisiniz. İnsanlara faydalı bir proyekt, iş, hərəkət ən dəyərli xüsusiyyətinizi, yəni qəlbinizi ortaya çıxaracaq. Cəsarətli və sevgi dolu ruhunuz parlayacaq.

Qız bürcü

Başqalarını razı etməyi buraxıb, biraz da özünüzü məmnun edə bilərsinizmi? "Yox" deməyi öyrənməli və fikirlərinizi azad şəkildə deməlisiniz. Bu sizdəki güvəni artıracaq.

Tərəzi bürcü

Gündəlik işlərinizde mütənasiblik yaradın. Özünüzü tək bir düşüncəyə və işə verməyin. Özünüzə vaxt ayırın, dostlarınızla birlikdə əylənin. Gün içərisində enerjinizi fərqli nöqtələrə dağıtmaq üçün sizi daha xoşbəxt hiss etdirəcək.

Əqrəb bürcü

Kin tutmağa meyillisiniz. Fərq etməsəniz də bu ağırlığı daşımaq münasibətlərinizdə problem yaradır. Bağışlamağı və unutmağı öyrənin. Keçmiş küskünlüklərinizdən qurtulduqda bu günü daha yaxşı yaşayacaqsınız.

Oxatan bürcü

Biraz dalaşqan xüsusiyyətinizin olduğunuzu bilməlisiniz. Əvvəlcə sakit bir tərzdə danışmağa çalışın.

Oğlaq bürcü

İşləməyə ara verib, biraz özəl həyatınıza diqqət ayırın. İş həyatınızı işdə buraxın.

Dolça bürcü

Heç kimin sizi yaxşı deyilmişsiniz kimi hiss etdirməsinə icazə verməyin Çünki elə birisiniz. Fərqliliyinizi "qucaqlayıb" özünüzü elə təqdim edin.

Balıq bürcü

Gələcəyə görə narahat olmaq anı yaşamağınıza icazə vermir. Sabahı düşünmək yerinə bu günü doyunca yaşayın.

Aygün Nəbiyeva