Araşdırmaçıların sözlərinə görə, xoşbəxt olmağımıza lap az qalıb.
Medicina.az xəbər verir ki, London kollecinin alimlərinin təcrübələrinə əsasən, istənilən fiziki aktivlik insan psixikasına müsbət təsir edir.
- İdman zalına getmək və ya sadə gəzinti insan beyninin emosiyalara cavabdeh olan hipokamp hissəsində yeni neyronların yaranmasına səbəb olur. Başqa bir araşdırmada isə sübut olunub ki, bir çox psixi xəstəliklərdə insanın özgüvəninin və özünə inamının artması üçün futbol yaxşı kömək edir.
- Depressiya ilə mübarizənin ən yaxşı yollarından biri də toxumaqdır. 15 min insanın iştirak etdiyi bir araşdırmada müəyyən edilib ki, həftədə 2 dəfə toxuma ilə məşğul olmaq stressin, həyəcanın azalmasına və əhval-ruhiyyənin artmasına səbəb olur. Toxuma hətta mənəvi və fiziki ağrılardan azad olmağa, qan təzyiqinin normallaşmasına və rahatlığa gətirib çıxarır.
- Həmçinin "meşə vannası” qəbul etmək də insana sakitlik gətirir. Tayvan Milli Universitetinin alimləri müəyyən ediblər ki, təbiət qoynunda 2 sutka keçirmək fiziki gücü bərpa etməyə və yüngülləşməyə səbəb olur.
- Tək yaşayan və psixi pozğunluqlardan əziyyət çəkən insanlar üçün ev heyvanları saxlamaq məsləhətdir. Sahibi öz ev heyvanını sığallayan və onunla danışan zaman baş beynində "sevgi hormonu ” adlanan oksitosin sintez olunur.
- Depressiyadan başqa bir çıxış yolu da musiqi dinləməkdir. Xorda oxumaq və ya canlı musiqi insanda müsbət emosiyalar yaradaraq eyforiyaya səbəb ola bilər. Bu isə "sevinc hormonu” hesab olunan dofaminin sintezi hesabına baş verir.
Arzu
Medicina.az