Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xoşbəxt insan necə olur? – 12 əlaməti

  • 2023.07.13 17:38
  • 2391 Baxış
Xoşbəxt insan necə olur?   – 12 əlaməti
Britaniyalı jurnalist və yazıçı Linda Kelsi psixologiya və münasibətlər sahəsində dünyanın 100 aparıcı mütəxəssisinin işini təhlil edib. O, xoşbəxt bir həyat üçün 12 əsas qayda hazırlamağa nail olub.


“Medicina” xəbər verir ki, yazıçının fikrinə görə, xoşbəxt olmaq üçün bunlar tələb olunur.


1. Əlinizdə olanı qəbul edin - Xoşbəxt insanların gözləntiləri çox aşağı olur, bədbəxt insanlar isə həmişə olmayan şeyləri xəyal edirlər.

2. Etdiyiniz işdən həzz alın.

Fərqi yoxdur pul üçün və ya şöhrət üçün işləyirsən. Çox yaxşı maaş alsanız belə, nifrət etdiyiniz işə ömür sərf etməməlisiz.

3. Bu gün üçün yaşa. Keçmişə və onun səhvlərinə can atmayın və xoşbəxt gələcək arzulamayın. İndi necə yaşadığınızı düşünün.

4. Xoşbəxtliyi seçin- Həyatınızı özünüz redaktə edə biləcəyiniz bir hekayə kimi təsəvvür edin.

5. Münasibətlər. Unutmayın ki, başqa insanlar bizi xoşbəxt edə bilməz, amma biz özümüz başqalarını xoşbəxt edə bilərik.

6. Məşğul olun. Həyatınızda nə qədər boşluq az olsa, bir o qədər yaxşıdır.

7. Müqayisə etməyin. Qonşunuzun daha böyük evi və daha bahalı avtomobili var, sizin üçün fərq etməməlidir.

8. Özünüz olun. Başqalarının sizin haqqınızda dediklərini düşünməmək çox vacibdir. İstədiyiniz kimi yaşayın.

9. Narahat olmağı dayandırın. Özünüzü çox ciddi qəbul etməyin - xoşbəxt insanlar narahat deyil.

10. Mütəşəkkil olun. Nizamsız həyat tərzi xoşbəxtlik gətirmir.

11. Müsbət düşünün. Mənfi emosiyaları söndürməyi və hər şeydə yaxşı cəhətləri görməyi öyrənin.

12. Xoşbəxtliyi qiymətləndirin. Həqiqətən xoşbəxt insanlar belə olduqda həyatlarının necə dəyişdiyini qiymətləndirirlər. Xoşbəxtliyi qiymətləndirin!

Aynurə Məmmədova