Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xoşbəxt insan necə görünməlidir? - 4 əlaməti

  • 2023.02.22 14:52
  • 1858 Baxış
Xoşbəxt insan necə görünməlidir?   - 4 əlaməti

Günəşin doğuşunu görmək, həftə sonu ailəniz və dostlarınızla əylənmək və ya dənizdə çimmək üçün səhər tezdən oyanmaq.

Biz bilirik ki, xoşbəxt insanlar güclü əlaqələrə, yaxşı fiziki sağlamlığa və ətrafa pozitiv enerji verməyə meyllidirlər.


"Medicina" xəbər verir ki, alimlər xoşbəxt insanın xarici və daxili əlamətlərini açıqlayıb.


Bədən hərəkətləri - Bədən gün ərzində müntəzəm olaraq hərəkət etməlidir. Uzun müddət oturmaq nə cismimizi, nə də ruhumuzu xoşbəxt etmir. Ən azı hər gün bir saat sürətlə yerimək, yaxud üzmək, rəqs etmək və ya yoqa ilə məşğul olmaq. Daimi fiziki fəaliyyət və məşq xoşbəxtlik siyahısında yüksək yer tutur.



Münasibətlərə üstünlük vermək - Ən son xoşbəxtlik araşdırmaları göstərir ki, sosial əlaqələrimiz ümumi rifah və həyatdan məmnunluq baxımından vacibdir. Dostlar və ailə ilə ünsiyyət, paylaşmaq və əylənmək üçün vaxt ayırmağı prioritet etməyə çalışın.



Minnətdarlıq vərdişi - Həyata baxışımız və hadisələri necə qiymətləndirdiyimiz də xoşbəxtliyimizdə böyük rol oynayır. Tədqiqatlar göstərir ki, daha optimist düşüncə tərzinə sahib olmaq və minnətdarlıq hissini vərdiş etmək mənfi emosiyaların qarşısını ala və xoşbəxtliyi artıra bilər. Gündə üç yaxşı şeyə minnətdaqlıq hissi ilə müdaxilə optimizmi artırmaq üçün asan bir vərdişdir.



Ev heyvanları ilə vaxt keçirmək - Ev heyvanları ailə rutinimizin bir hissəsidir və gündəlik xoşbəxtliyimizdə bizə dəstək ola bilər. Məsələn, köpəklə gəzintiyə çıxmaq, pişiyinizlə oturub çay içib kitab oxumaq. Tədqiqatlar göstərir ki, itlər insanları yoldaşlığa həvəsləndirir. Ümumiyyətlə ev heyvanları depressiya və narahatlıq hisslərimizi azaldır, eyni zamanda xoşbəxtlik və özünə hörmət səviyyəmizi artırmağa kömək edir.



Xoşbəxtliyin əsas tərkibi sosial əlaqələr və fəaliyyətdir, həm ağıl, həm də bədən. Gündəlik vərdişlərimiz və niyyətlərimiz vasitəsilə xoşbəxt həyata sahib ola bilərik. /aztibb.az/