Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xoş və bəd xassəli şişlər nədir?- Törəmələrin fərqləri

  • 2020.12.17 15:49
  • 26637 Baxış
Xoş və bəd xassəli şişlər nədir? - Törəmələrin fərqləri

İnsan bədənində və orqanlarında şiş olduqda onun xoş və ya bəd, yaxşı və ya pis olmasının önəmi çoxdur.

Əslində orqanizmin daxilində hər hansı törəmənin yaranması yaxşı hal deyil, deməli o bədəndə iltihabi proseslər gedir.
Amma xoşxassəli şişlərin təsiri və müalicəsi fərqlidir və hər kəs onda tapılan şişin xoş xasiyyətli olmasını arzulayır.
Medicina.az xoş və bədxassəli şişlərin əsas fərqini təqdim edir.

Əgər bir qadının uşaqlığında və ya süd vəzisində düyün, kist, şiş aşkarlanıbsa, həyəcan təbili çalmağa dəyərmi?

İnsan hüceyrələrinin yaşam və ölüm mexanizmi təbiətdən eyni olmalıdır. Hüceyrə yaranır, bölünür, fəaliyyət göstərir və ciddi rejimə riayət etməklə dəqiq vaxtında ölür. Əgər hüceyrələr nizamsız olaraq bölünüb çoxalır, lakin məhv olmursa, bu zaman onlar şişə çevrilir.

Bu zaman bədxassəli şişləri 2 əsas xüsusiyyəti fərqləndirir:

1. Onlar yerdəyişmə, yayılma və yanaşı orqan və toxumalara metastaz verə bilir, yəni invazivdir. O, əvvəlcə öz köklərini yarandığı orqana atıb onu tam əhatə edir, daha sonra qonşu orqan və toxumalara keçir.

2. Metastazlaşma qan və limfa ilə də yayılıb bütün bədəni əhatə edə bilər. Məhz bu metastaz ocaqları xəstənin ölümünə səbəb olur.

Amma alimlər və tibb artıq şişləri 2 qrupa daha bölmür, üçüncü qrup da var: xərçəngöncəsi və xərçəngə meyilli şişlər.
Hazırkı halında onlar təhlükəli olmasa da, xərçəngə çevrilmə ehtimalı yüksəkdir. Bunlara keratoz, uşaqlıq boynunun displaziyası, leykoplakiya, metaplaziya, polip və s aiddir.

Necə düzgün fərqləndirməli?

Xoş və bədxassəli şişlər xarici görünüşü və strukturuna görə fərqlənir və bunu diaqnoz edən həkim USM, rentgen, MRT və KT-də aydın edə bilər.

Bədxassəli şişin nahamar konturları olur, orqana daxil olması, ölçüsü və s.

Bəzən isə bircə müayinə və rentgen, USM çəkimlə şişin necə xassəli olmasını təyin etmək olmur. Bu zaman biopsiya, şişdən material, hissəcik götürülməsi mütləqdir.

Bəzən biopsiya materialı da əminlik vermir, bu zaman immunokimyəvi, molekulyar-genetik analizlər aparılır.

Bir sözlə, nə həkim, nə xəstə ilk dəfə hər hansı şiş aşkarlandıqda, əlavə müayinələr olmadan, əminliklə onun bəd olmasını deyə bilməz. Amma uzatmaq da olmaz. Şiş aşkarlandıqdan sonra, heç nə olmaz, sonra baxarıq deyə həkimdən qaçmaq ziyanınızadır.

Xoşxassəli şişlər nə zaman qorxuludur?

Çox zaman xoş şişlər nadir halda bədə çevrilir. Amma situasiyalar, orqanizmlər fərqlidir. Məsələn, yoğun bağırsaq polipləri yüksək risk daşıyır.

Amma əksər hallarda xoş şişlər də böyüyüb olduğu orqana zərər verə, sıxa və işini poza bilər. Şişlər sinirləri, damarları, arteriyaları sıxıb, hormonal fonu poza bilər. Ona görə xoşxassəli şişlər əsasən əməliyyatla götürülür və xəstə sonradan heç bir əlavə müalicə almır.

Bədxassəli şişlərdə isə əməliyyat mümkün olarsa edilir, lakin xəstə ya öncədən, ya sonradan əlavə kimya, şüa, radioterapiya, dərman müalicələrinə davam edir.

Ona görə hər hansı xal, şişkinlik, şiş və törəmə mütləq dəqiq yoxlanmalı, əməliyyat olunmalı, vaxtında xüsusiyyəti təyin edilməlidir