Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bu hərəkətlərlə bütün gecə rahat yata bilərsinizXorultunuz evdəkiləri yatmağa qoymursa...

  • 2018.01.10 14:20
  • 28103 Baxış
 - Bu hərəkətlərlə bütün gecə rahat yata bilərsiniz Xorultunuz evdəkiləri yatmağa qoymursa...
Xoruldamanın bir çox səbəbləri var, amma ən başlıca səbəbi dilin dibinin şişkinliyidir. 


Medicina.az xəbər verir ki, bu səbəbdən tənəffüs yollar sıxılır, daxil olan hava burunun arxa toxumalarını vibrasiyaya uğradır. Ona görə gecəboyu xoruldamamaq üçün yatmazdan öncə dilin şişkinliyini azaltmalı, tənəffüs yolunu açmaq lazımdır. Bunun üçünAvropa həkimləri maraqlı texnika işləyib hazırlayıblar. 


Qeyd edək ki, bu üsul xoruldamaqdan 8 saat ərzində xilas olmağa yardım edir. 


Necə etməli:


Ağız açılır, işarət barmağı dilin üzərindən kökünə doğru salınır və yüngülcə basılır. Sonra dairəvi masaj hərəkətləri ilə həmin hissəni sürtün. Əvvəlcə ağrılı və xoş olmayan hisslər yaranacaq. Qorxmayın, davam edin. Bu üsulla masajdan sonra xorultu bütün gecəni sizi narahat etməyəcək.

 



Dil kökünə əli çatmayanlar isə diş fırçasından istifadə edə bilər.


-Diş fırçasının arxası ilə dilin arxasını 10 saniyə masaj edin

-Arada fırça ilə dilin kökünü yüngülcə basın

-Bu üsulu 2-3 gün davamlı edin, hər dəfə dilə basma gücünü və masajın vaxtını artırın. Çalışın öyümə tutsa belə həmin kök hissəyə kimi çatasınız. Bir neçə gündən sonra öyümə refleksi itəcək, dilin kökünün şişkinliyi azalacaq və siz xorultudan xilas olacaqsınız. 

 


 - Bu hərəkətlərlə bütün gecə rahat yata bilərsiniz Xorultunuz evdəkiləri yatmağa qoymursa...
 - Bu hərəkətlərlə bütün gecə rahat yata bilərsiniz Xorultunuz evdəkiləri yatmağa qoymursa...