ABŞ-ın Filadelfiya şəhərində yerləşən Perelman tibb fakültəsində xorultunun səbəblərini tapmaq üçün araşdırma aparılıb.
Medicina.az xəbər verir ki, tədqiqat nəticəsində dildəki yağ kütləsinin yuxunun keyfiyyətinə təsir göstərdiyi və xorultuya səbəb olduğu üzə çıxıb.
Fakültənin professoru Riçard Şvab araşdırma zamanı xəstələrin sağlamlıq vəziyyətini və çəkilərini nəzərə alıb. Məlum olub ki, artıq çəkidən xilas olan insanlar xorultu ilə daha az qarşılaşır. Professor açıqlamasında bu ifadələrə yer verib:
“Dilimizlə danışır, yemək yeyir və nəfəs alırıq. O zaman niyə burada yağ toplanır? Yağın burada depolanmasının səbəbi dəqiq deyil, genetik də ola bilər, ətraf mühitin təsirlərindən də. Amma dildə yağın miqdarı nə qədər azdırsa, yuxunun keyfiyyəti də bir o qədər yaxşılaşır”.(publika/az)