Xoruldamaq bir sıra xəstəliklərdən xəbər verir.
Medicina.az xəbər verir ki, ekspertlər xoruldamağın daha çox piylənmə və nevroloji xəstəliklərdən qaynaqlandığı fikrindədirlər.
Bunlarla yanaşı, xorultu daha təhlükəli vəziyyətlərə də işarə edə bilər.
Xorultuya səbəb ola biləcək sağlamlıq problemlərindən bəziləri bunlardır:
- Allergik rinit,
- Çəpər əyriliyi,
- Burun polipləri,
- Bədxassəli və ya xoşxassəli törəmələr,
- Sinir-əzələ distrofiyası,
- Amiotrofik lateral skleroz (ALS),
- Tənəffüs yolu əzələlərinin zəifləməsi
Bütün bunlar tənəffüs yollarından havanın keçməsində çətinlik yaradır.
Spirt və sedativlərin həddən artıq istifadəsi də xoruldamağa gətirib çıxara bilər. Ekspertlər siqaret çəkənlərin xoruldama ehtimalının iki dəfə yüksək olduğunu bildirirlər.
Qadınlarda hormonal dəyişikliklər səbəbindən xoruldamaq problemi yarana bilər. Məsələn, menopoza dövründə bu halın müşahidə olunması mümkündür.
Aysel