Xorultu bir çoxlarının düşündüyü kimi zərərsiz vərdiş deyil.
“Medicina” xəbər verir ki, Lomonosov adına universitetin somnoloqu Aleksandr Kalinkin xoruldamağın ciddi problem olduğunu deyib:
“Xorultunun 2 forması var: ağırlaşmamış və tənəffüsün dayanması ilə gedən. Xorultu tənəffüsün kəsilməsi ilə müşayiət olunursa, nəinki yuxu pozulur, yüksək təzyiq, infarkt, insult, şəkərli diabet, ağciyər problemləri, hətta onkoloji xəstəliklər yarana bilər.
Xorultu əsasən burun-boğaz anatomik qüsurlarında, tənəffüs yolları quruluşundan, badamcıqlardan, bronxial astma və tənəffüs problemlərindən yarana bilir.
Bundan qurtulmaq üçün LOR və somnoloq həkimə müraciət edib, müvafiq müayinə, müalicə almaq lazımdır”.
Aygün Musayeva