Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xoruldamağa səbəb olan qidalar

  • 2023.09.08 09:13
  • 2172 Baxış
Xoruldamağa  səbəb olan qidalar

Yatmadan əvvəl yeyilən bəzi qidalar xoruldamağa səbəb ola bilər.

Lent.Az Daily Mirror-a istinadən bildirir ki, sağlamlıq və qidalanma üzrə ekspert Eşli Toş bu barədə xəbərdarlıq edib.

Ekspert etiraf edib ki, heç bir pəhriz xoruldamağı tamamilə aradan qaldıra bilməz, lakin bir sıra qidaların pəhrizdən çıxarılması yuxu zamanı tənəffüs yollarının və sinusların tıxanmasını azalda bilər.


Mütəxəssis axşamlar süd və şirniyyat məhsulları, həmçinin buğda əsaslı məhsullar, o cümlədən çörək və xəmir məmulatlarından istifadə etməməyə çağırıb. O, pendir, qatıq, dondurma və tərkibində laktoza olan digər məhsulları qadağan olunmuş qidalar siyahısına salıb. Onlar burunda selik yaranmasını artırır və xoruldamağa səbəb olur.