Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xörəyi yeyəndə bir daha duzlayanları gözləyən - 5 xəstəlik

  • 2024.05.21 17:19
  • 721 Baxış
Xörəyi yeyəndə bir  daha duzlayanları gözləyən   - 5 xəstəlik
Xörək hazırlananda duz qatılır, yeyəndə əlavə olaraq, duzlamaq vərdişi getdikcə damar patologiyalarını artırır.


“Medicina” xəbər verir ki, kardioloq Yuriy Belenkov ən təhlükəli qida vərdişindən danışıb:


“Hər dəfə xörəyi, salatı duzlamaq insanı insult və demensiyaya yaxınlaşdırır. Duz təzyiqi yaradır, yüksək təzyiq insult və infarktın səbəbidir.


Duz damarları sıradan çıxarır, bu da ürək, böyrək və qaraciyəri təhlükəyə atır.


Tromboz, böyrək çatışmazlığı, işemiya, demensiya – xörək duzlayanların üzləşə biləcəyi təhlükədir.


Bu insanlarda demensiya damar mənşəli olur.

Aşırı çox duz istifadə etdiyinizi hardan necə bilməli?

- Daimi susuzluq
- Yeməyin dadını, duzunu zəif hiss edirsiz
- Bədəndə, əl-ayaqda şişkinlik
- Əzələ ağrıları

- Nevroz, qıcıqlanma.
- Ümumiyyətlə, süfrədən duzqabını yığışdırsanız, daha sağlam olarsız.


Aygün Musayeva