Emal edilmiş xörək duzundan istifadə orqanizmə heç bir fayda vermir. Çünki tərkibində heç bir təbii mineral qalmır.
“Medicina” xəbər verir ki, həkim Anastasiya Şaqarovanın sözlərinə görə, xörək duzundan imtina edərək, Himalay və ya dəniz duzundan istifadəyə keçmək vacibdir.
“Çünki tərkibi kimyəvi maddələrlə bol olan xörək duzu vitaminsizdir. Eləcə də gündəlik istifadə etdiyimiz rafinələşdirilmiş şəkər. Şəkər və duz orqanizmdə avitaminoz yaradır.
Şəkərin orqanizmdə həlli üçün vitaminlər vacibdir. Məsələn, şirin nəsə yediymiz zaman orqananizmdə insulin səviyyəsi yüksəlir. Bu zaman hər hansı bir enerjinin çıxması və ya yeni enerji daxil olmaq üçün orqanizimimizdəki vitaminlər kimyəvi reaksiyaya girməlidirlər.
Aldığımız duz və şəkərin tərkibində vitamin olmaması nəticəsində bu mümkün olmur”.
Aynurə Məmmədova