Bu şirənin faydası barədə bir əsrdən çoxdur ki, miflər gəzir. Çoxsaylı tibbi –elmi araşdırmalar da sübut edib ki, bu tərəvəzin şirəsi mədə-bağırsaq xorası, qastrit üçün effektivdir.
Medicina.az xəbər verir ki, təzə, xüsusən qırmızı kartofu yuyubn, qabığını soyub, bütün qaraltı və göyərmiş hissələrdən tam təmizləyib, xırdagözlu sürtgəcdən keçirib, suyunu tənzifdən keçirin. Məsləhətdir ki, şirə bu əldə sıxılma üsulu ilə hazırlansın, kombaynla yox. O zaman şirədə olan minerallar olduğu kimi qalacaq.
Dadı və qoxusu bir qədər xoşagəlməz olsa da, ona bir qədər alma və ya kök şirəsi və ya bal qatıb tamını yaxşılaşdırmaqla içə bilərsiz.
1 xörək qaşığı kartof suyunu yarım stəkan ilıq su ilə qarışdırıb, hər gün yeməkdən 30 dəqiqə öncə için.
Bu şirəsinin sizə faydaları:
-Bütün orqanizmi intoksikasiyadan qoruyacaq, təmizləyəcək
-Qaraciyəri, öd yollarını təmizləyir
-Arıqladır
-Mədə,bağırsaq xoralarını sağaldır, mədənin selikli qişasını bərpa edir
-Tonus verir
-Artrit, podaqra, oynaq iltihablarında faydalıdır
-Xərçəngə qarşı profilaktikadır
Məlumdur ki, mədə-bağırsaq xərçəngi selikli qişalarda olan eroziv ocaqlardan, qastrit və xoradan sonra əmələ gəlir. Ona görə mədədə olan bu yaraları vaxtında müalicə etmək lazımdır ki, xərçəngə keçməsin.