Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xolesterini salan dərmanlar faydasızdır, farmakoloji şirkətlərin tələsidir – Tədqiqatçı Matrias Rat

  • 2018.10.15 12:42
  • 21806 Baxış
Xolesterini salan dərmanlar faydasızdır, farmakoloji şirkətlərin tələsidir –  Tədqiqatçı Matrias Rat
Son zamanlar farmakoloji şirkətləri birləşib pasiyentlərdən milyonlar qazanmağa meyillənməsində ittiham edən dr. Matrias Ratın məruzələri gündəmi zəbt etməkdədir.


Medicina.az xəbər verir ki, doktor Rat bir neçə ildir ürək-damar xəstəlikləri, insult və infarktın yaranmasında damarların kirəclənməsi və xolesterinin rolunu araşdırır. Bu vaxta kimi belə bir fikir var ki, infarkt və insultu yaradan səbəblərdən biri qanda xolesterinin artmasıdır. 


Xolesterini azaltmağa yönəlmiş təbliğat və dərmanların reklamı o dərəcəyə çatıb ki, artıq insanlar profilaktika məqsədilə bu dərmanları qəbul edir. 

Hesab olunur ki, xolesterin damar divarını zədələyir, damar divarları qalınlaşır, tutulur, qan keçmir, ürək və beyin zədələnir. 


Mənim araşdırmalarım göstərdi ki, bu izahat yanlışdır və farmakoloji imperoyanın marketinq gedişindən başqa bir şey deyil.


" Mən doktor Rat hesab edirəm ki, xolesterinlə bu cür mübarizənin infarkt və insultun qarşısını alacağına inanmaq və bütün həkimlərin bu yöndə xolesterinə qarşı dərmanlar yazması xəstəyə heç bir fayda vermir. Əgər xolesterin damarları tutsaydı, bu tutulmalar insan bədənindən keçən yüzlərlə metrd bütün damarlarda özünü göstərər və burun, qulaq, barmaq, göz və digər orqanların infarktı baş verərdi. Xolesterinin təkcə beyin və ürək damarlarına təsir etməsi absurddur.  Ona görə infarkt və insultun qarşısı hələ də alınmayıb, insanlar ölür, farmindustriya isə hər il milyonlarla dollarlıq xolesterinə qarşı preparatlar satır”.

 


Xolesterini salan dərmanlar faydasızdır, farmakoloji şirkətlərin tələsidir –  Tədqiqatçı Matrias Rat