Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xocavənd xəstəxanasına direktor təyin olundu

  • 2022.12.06 16:56
  • 1553 Baxış
Xocavənd xəstəxanasına direktor təyin olundu

Xocavənd Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

"Medicina" xəbər verir ki, bu vəzifəyə Nəbiyev Canəli Xanəli oğlu təyinat alıb.

Nəbiyev Canəli Xanəli oğlu 1972-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olub.

1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 1996-ci ildə Pediatriya fakültəsini bitirib. 1996-1997-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında həkim-interna olub. 1997-2001-ci illərdə Müdafiə Nazirliyində hərbi həkim kimi çalışıb. 2001-ci ildən 2014-cu ilə qədər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, Qan köçürmə şöbəsində müdir vəzifələrində çalışıb.

2015-2022-ci illərdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat blokunun müdiri vəzifəsində çalışıb.