Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xocalıda ilk körpə dünyaya gəldi - FOTO

  • 2025.02.04 09:52
  • 469 Baxış
Xocalıda ilk körpə dünyaya gəldi -  FOTO

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

Medicina.az xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA-da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballıca kəndinə köçüblər.



Xocalıda ilk körpə dünyaya gəldi -  FOTO