Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xocalıda mina partladı - Nağı İmanov yaralandı

  • 2025.02.21 19:44
  • 202 Baxış
Xocalıda mina partladı -  Nağı İmanov yaralandı

Xocalı rayonunda mina hadisəsi baş verib.

Medicina.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

Belə ki, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Nağı İmanov Ağdərənin Sırxavənd kəndindəndir. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.