Xiyar yüksək təzyiqə kömək edir və şəkər xəstəliyinin qarşısını alır.
“Medicina” xəbər verir ki, xiyarın sümüklər üçün də faydaları var.
Xiyar xüsusilə osteoporoz, çatlara və sınıqlara meyilli kövrək sümük problemi ilə qarşılaşan yaşlılar üçün faydalıdır. Bu məhsulun zəngin olduğu vitaminlərdən biri də sümük toxumasını gücləndirməyə kömək edən K vitaminidir.
Bir xiyarda təxminən 50 mikroqram K vitamini var ki, bu da gündəlik tələbatın 40% -dən bir qədər çoxdur.
Nəfəsi təravətli edir. Xiyar tərkibindəki su, lif və polifenollar və kimi fotokimyəvi maddələrlə ağız qoxusuna qarşı mübarizə aparır. Bu birləşmələr antioksidant xüsusiyyətlərə malikdir və ağızda bakteriyaların miqdarını azaltmağa kömək edir.
Diabetin qarşısını alır. Xiyarın aşağı glikemik indeksi cəmi 15-dir. Belə qidaları yemək insulin müqavimətini azaltmağa kömək edir və bu da 2-ci tip diabet riskini azaldır.
Bədənin nəmləndirilməsini təmin edir. Xiyar 95% sudan ibarətdir. Bədənin optimal işləməsi üçün kifayət qədər maye qəbulu və nəmləndirmə vacibdir.
Artıq çəkidən xilas olmaq. Yüksək su tərkibinə görə, xiyar son dərəcə doyurucu və çox aşağı kalorilidir - arıqlamaq istəyənlər üçün ən yaxşı qəlyanaltılardan biridir.
Qəbizlikdən xilas edir. Qabıqları ilə birlikdə yeyilən xiyar bədəni bol su və liflə təmin edir, bu, bağırsaq hərəkətliliyini stimullaşdırmaq və qəbizliyin qarşısını almaq üçün ən yaxşı birləşmədir.
Şişkinliyi azaldır, yüksək təzyiq üçün faydalıdır. Xiyarda yüksək miqdarda kalium var. Kalium, bədəndən artıq natriumun xaric edilməsinə kömək etməsi ilə məşhurdur, duzun yığılması suyun tutulmasına, şişkinliyə səbəb olur və qan təzyiqini artırır.
Günay Quluzadə