Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bol vitamin və minerallar Xiyar suyunun 5 faydası

  • 2019.01.24 12:06
  • 19362 Baxış
  -  Bol vitamin və minerallar   Xiyar suyunun 5 faydası

Orqanizm üçün suyun əhəmiyyəti çox böyükdür. Hər bir insan çəkisindən asılı olaraq gün ərzində 2 litrdən az olmayaraq, su qəbul etməlidir. Bu tələbatı adi su ilə deyil, xiyar suyu ilə ödəsəniz əlavə bir çox  faydalarından yaralana bilərsiniz. 


Medicina.az sizə xiyar suyunu faydalarını təqdim edir: 


1) Əzələləri sağlam saxlayır


Xiyarın tərkibində olan kremnezema maddəsi sayəsində birləşdirici toxumalar sağlam qalır. Bir neçə dilim xiyarı bir butulka suya tökün. Bu su əsasən də idman ilə məşğul olan insanlar üçün çox faydalıdır. 


2) Dəri üçün faydalıdır


Kremnezema maddəsindən əlavə xiyarın tərkibində dərinin elastikliyini qoruyan antioksidantlar da mövcuddur. Əgər üzünüzdə sızanaq varsa, o zaman üzünüzü soyuq suda saxlanmış xiyar dilimi ilə maska edə bilərsiniz. Həmçinin üzünüzü xiyarlı su ilə də yuya bilərsiniz. 


3) Orqanizmi təmizləyir


Xiyar suyu detoks funksiyasını yerinə yetirir. Bu suyun mütəmadi istifadəsi orqanizmdən toksinlərin təmizlənməsində çox faydalıdır. 


4) Orqanizmi nəmləndirir


İsti günlərdə orqanizmin temperaturunun normada qalması üçün xiyar suyu ən yaxşı vasitədir. 


5) Vitamin və minerallarla zəngindir


Xiyar suyu insan orqanizminin gün boyu tələb etdiyi vitamin və minerallarla təmin edir. Əgər xiyar suyuna əlavə olaraq digər meyvə və tərəvəzlər də daxil edilərsə o zaman daha bol vitaminli bir içki əldə etmək mümkündür. 


Hazırlanması: 


Xiyar suyunu hazırlamaq çox asandır. Sadəcə olaraq bir neçə dilim xiyarı suya atın. Həmin suya buz və limon dilimi də əlavə etmək mümkündür. 


Arzu

Medicina.az