Xiyar maskaları, xüsusən də göz ətrafına xiyar dilimləri qoymaq əfsanəvi trendə çevrilib. Xiyarı kosmetik məqsədlər üçün ideal tərəvəz adlandırmaq olar. Çünki o, heç vaxt allergiyaya səbəb olmur və balanslaşdırılmış kimyəvi tərkibə malikdir.
“Medicina” xəbər verir ki, həkim-kosmetoloq Tatyana Listovanın sözlərinə görə, xiyarın tərkibində xrom, mis, fosfor, selen, silisium, marqans var. Kalium baxımından isə bu tərəvəz liderlərdən biridir - 100 qram məhsulda gündəlik tələbatın demək olar ki, 15 faizini təşkil edir. Buna görə də, xiyar maskaları nəmləndirici və ağardıcı təsirlərə malikdir, həmçinin antioksidantlar sayəsində hüceyrələrin bərpası proseslərini gücləndirir.
“Xiyar maskasını necə hazırlamalı?
Yemək üçün orta ölçülü təzə xiyar, bir toyuq (və ya üç bildirçin) yumurtasının ağı, iki və ya üç damcı zeytun yağı (istənilən bitki yağı mümkündür) götürün.
Xiyarı sürtgəcdən keçirin və köpüklənən yumurtanın ağını əlavə edin. Yağ əlavə edib qarışdırın. Dodaqlardan və göz ətrafındakı bölgədən qaçaraq üzün dərisinə yayın. 15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Nəmləndirici tətbiq edin.
Maska gündəlik istifadə üçün uyğundur”.
Aynurə Məmmədova