Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xeyirli bilinən yaşıl çayın zərərləri

  • 2023.05.05 15:31
  • 1993 Baxış
Xeyirli bilinən yaşıl çayın  zərərləri
İsrail alimləri qaraciyəri məhv edə biləcək içkinin adını açıqlayıblar.

“Medicina” xəbər verir ki, çoxları yaşıl çayı az qala möcüzə içki hesab edir.

Yaşıl çayın tərkibindəki antioksidantlar və flavonoidlər xərçəngə qarşı mübarizəyə, maddələr mübadiləsini və hormonal səviyyələri normallaşdırmağa, beyin fəaliyyətini yaxşılaşdırmağa qadirdir. Ancaq böyük miqdarda yaşıl çay içmək orqanizm üçün təhlükəlidir.

İsrailin Kaplan Tibb Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, çox yaşıl çay içmək qaraciyərə ziyan vurur.

Araşdırmaya görə, yaşıl çaydan istifadə nəticəsində 100-dən çox şəxsdə qaraciyər iltihabı halı qeydə alınıb. Səbəb çay yarpaqlarında olan botanik toksinlərin təsiri və bunun nəticəsində yaranan metabolik reaksiyadır.

Tədqiqat göstərib ki, yaşıl çayın tərkibində çoxlu sayda birləşmələr olduğu üçün hansı komponentlərin qaraciyərə zərər verdiyi hələ aydın deyil. Əlavə bir risk faktoru var, insanlar bu çayı içdiyi gün bir neçə cür dərman da içir.

Tədqiqatın müəllifi, professor Stiven Melnikin sözlərinə görə, yaşıl çayın istifadəsi nəticəsində ağır qaraciyər xəstəliyi nadir hallarda baş verir.

Aynurə Məmmədova