M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi (2 nömrəli kliniki xəstəxana) ölkənin ən qədim tibb müəssisələrindən biridir. 1893-cü ilin may ayında fəaliyyətə başlayıb.
Medicina.az xəbər verir ki, bu xəstəxanada uzun illər tibb alimləri-akademik M.Topçubaşov, professor M. Əfəndiyev, professor İ. Topçubaşov çalışıblar. Akademik M.Topçubaşovun rəhbərliyi altında xəstəxanada 35 tibb elmləri doktoru və tibb elmləri namizədi hazırlanıb. 50 il ərzində M. Topçubaşov yüzlərlə cərrah yetişdirib. Onun rəhbərliyi ilə ilk cərrahiyə otağı-lektoriya tikilib. 1938-ci ildə akademik ilk dəfə efir yağlı narkozdan burda istifadə edib. Həmçinin klinikada professor M. Əfəndiyevin böyük əməyi var. Onun rəhbərliyi ilə klinikada yüksək ixtisaslı terapevtlər hazırlanıb. 1935-ci ildə klinikada daxili xəstəliklər kafedrasını M. Əfəndiyev yaradıb. 1989-cu ildə mərkəzə Məmməd Əmin Əfəndiyevin adı verilib.
Hal-hazırda Xətai Tibb Mərkəzi TƏBİB-in tabeliyində icbari tibbi sığorta ilə fəaliyyət göstərir. Ən son tibbi avadanlıqlarla təchiz edilib.
Əsas xidmətlər:
7/24 xidmət göstərən LOR
Acil
Reanimasiya
Ümumi cərrahiyyə -Laparoskopik
Uşaq cərrahiyyəsi
Ginekologiya və Doğum
Nevrologiya
Terapiya
Poliklinika
Oftalmologiya
Nefrologiya
Urologiya
Kardiologiya
Endokrinologiya
Pediatriya
Fizioterapiya
Müayinələrə isə bunlar daxildir:
KT+
EEQ+
EMQ+
Ezofaqoqastroduodenoskopiya - FQDS+
Kolonoskopiya+
Spirometriya+
Treadmill test+
EKQ Holter+
EKQ+
Kolposkopiya+
Larinqoskopiya+
Rəqəmsal rentgen+
Portativ rentgen+
USM+
Portativ USM+
Damar doppleri+
Geniş çeşidli laborator xidmətlər
Bizm insan amili əsasdır. Sağlamlığınızı bizə etibar edin.
Mərkəzin sosial media hesabları:
Mərkəz tam gücü ilə insanların sağlamlığı üçün fəaliyyətdədir.