Türkiyənin Kütahya vilayətində dil xərçəngi diaqnozu qoyulan qadın xilas edildi.
Medicina az. yenidən sağlamlığına qovuşan xəstə haqqında məlumatı təqdim edir.
Təxminən bir il yarım dil xərçəngindən əziyyət çəkən 62 yaşlı Nuriyə Kara Kütahya vilayətində müayinədən keçib. Dil xərçəngi diaqnozu qoyulan qadına bildirilib ki, xərçəng boyuna da yayılıb. 5 saatlıq ağır əməliyyatdan sonra həkim briqadası möhtəşəm iş ortaya çıxartdı.
Belə ki, pasiyentin ağzında olan xərçəng kökləri tamamilə təmizlənib, daha sonra qolundan alınan toxumalarla ona dil və damaq düzəldilib. Eləcə də qadının çənəsinə də implant qoyulub. Həkimlərin açıqlamalarına görə, xəstənin vəziyyəti yaxşıdır.