Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Braziliya prezidentinin xəstəxanadan FOTOSU

  • 2021.07.15 14:13
  • 1144 Baxış
Braziliya prezidentinin xəstəxanadan  FOTOSU
Braziliyanın prezidenti Jair Bolsonaro, 10 gün fasiləsiz hıçqırıqdan sonra bağırsaq pozğunluğu təhlükəsi ilə dünən xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, 2018-ci il seçkiləri zamanı bıçaqlanan 66 yaşlı prezident, paytaxt şəhərdə hərbi hospitala yerləşdirilib. Bundan sonra onun sosial şəbəkələrdə görüntüsü yayılıb.

Bildirilib ki, bıçaqlanmadan sonra daxili qanaxma keçirən Bolsonaro dəfələrlə əməliyyat olunub. Qeyd edək ki, Braziliya prezidenti keçən ay koronavirus xəstəliyinə də yoluxub.

O, hazırda özünü yaxşı hiss etdiyini deyib.