Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəxanaya dərisi və dırnaqları gümüşü xəstə gəldi

  • 2025.01.17 17:15
  • 375 Baxış
Xəstəxanaya dərisi və dırnaqları gümüşü     xəstə gəldi

Honk-Konq xəstəxanasına bədəni gümüşü xəstə daxil olub.


“Medicina” xəbər verir ki, həkimlər ona diaqnoz qoymağı bacarsalar da, müalicə edə bilmir.


84 yaşlı kişi prostat vəzi adenoması səbəbindən hospitəlizə edilib, həkimlərin diqqətini onun gümüşü dırnaqları cəlb edib.
Xəstənin gözünün içi də gümüşü idi.

Dərinin biopsiyası qan damarlarında boz qranulların çox olduğunu göstərib.
Analizlərlə müəyyən edilib ki, orqanizmdə gümüşün miqdarı 423 n/molldur, yəni normadan 40 dəfə çox.

Tibbdə adı Argiriya adlanan sindrom dərinin gümüşü piqmentasiyasıdır. Gümüş orqanizmə yaşayış mühiti və sənayedə iş zamanı gümüş duzlarının həddən artıq daxil olması nəticəsində yaranır.


Günəşin ultrabənövşəyi şüalarının təsiri nəticəsində çökərək, atomar vəziyyətə keçir və dəriyə, qişaya və dırnaqlara xarakterik gümüşü çalar verir.

Aygün Musayeva