Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəxananı su basdı: 16 pasiyent öldü

  • 2021.09.08 09:28
  • 2367 Baxış
Xəstəxananı su basdı:  16 pasiyent öldü
Meksikanın İdalqo ştatının Tula şəhərində xəstəxananı su basması nəticəsində 16 xəstə ölüb.

Medicina.az xəbər verir ki, bu barədə hökumətin rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.

Bildirilib ki, xəstələrin ölümünə səbəbi su basmasın nəticəsində oksigen təchizatı sisteminin qapanması olub.

Digər xəstələr xəstəxanadan təxliyyə olunub. Ümumilikdə şəhərdəki 2 minə yaxın ev su altında qalıb.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Milli Qvardiyanın minə yaxın şəxsi heyəti və xilasedicilər əraziyə cəlb olunub.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador Tuladakı vəziyyətin ağır olduğunu deyərək, bölgəyə artıq yardımların çatdırıldığını bildirib.