Fələstinin səhiyyə nazirinin müavini Yusuf Əbu ər-Riş İsrail hərbçiləri tərəfindən mühasirəyə alınan Şifa xəstəxanasının həyətində yüzlərlə cəsədin yığıldığını və tədbir görülməzsə ciddi epidemiya yayılacağını bildirib.
"Medicina" xəbər verir ki, Qəzza zolağının ən böyük xəstəxanası olan Şifa Tibb Kompleksində vəziyyət çox təhlükəlidir, insanlar xəstəxananı tərk etmək məcburiyyətində qalırlar, yaralananlar var.
"Biz dəfələrlə tələb etmişik ki, xəstələrimiz xəstəxanadan çıxarılarkən onların təhlükəsizliyi təmin edilsin. İsrailin 3 gündür mühasirədə saxladığı Şifa xəstəxanasında xəstələri, yeni doğulmuş körpələri və yaralıları təxliyyə etmək üçün təhlükəsiz yer yoxdur".
Aygün M