Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəxanalarda elektron sistem çökdü - TƏBİB-dən açıqlama

  • 2024.09.14 12:38
  • 1412 Baxış
Xəstəxanalarda elektron sistem çökdü -  TƏBİB-dən açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini açıqlayıb.

Bakupost.az xəbər verir ki, TƏBİB-in açıqlamasında deyilir:


"14.09.2024-cü il tarixində səhər saatlarında internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib".