Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəxanalarda 500 manatdan yüksək ödənişlər kartla alınacaq

  • 2021.11.03 16:56
  • 1466 Baxış
Xəstəxanalarda 500 manatdan yüksək ödənişlər  kartla alınacaq
Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.

Medicina.az -ın məlumatına görə, bu layihə “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.