Türkiyənin Ərzincan şəhərində COVID-19 virusundan müalicə alan xəstə həkimlərin qadağasına məhəl qoymayaraq tibb müəssisəsini özbaşına tərk etmək qərarına gəlib.
“Anadolu” agentliyi xəbər verir ki, həkimlər onu inadından döndərə bilməyib və xəstə özbaşına tibb müəssisəni tərk etməyə çalışıb.
Dərhal xəstəxananın həyəcan siqnalı işə düşüb.
Təşvişə düşən kişi qapının sensorlu şüşəsini sındıraraq eyvana çıxıb və oradan atılıb.
Ağır xəsarət alan 40 yaşlı kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.