Xəstəxanadan qaçan pasiyent tutulub stasionar şöbəyə qaytarılana qədər bütün ailəsini koronavirusa yoluxdurub.
Hadisə Rusiyanın Blaqoveşensk şəhərində qeydə alınıb.
Tibb işçiləri onun ailəsini koronavirus testindən keçirib. Məlum olub ki, ailədə bir aylıq körpə uşaq da daxil olmaqla, beş nəfər COVID-19-a yoluxub.
Ailənin yaşadığı mənzil və binanın girişi dezinfeksiya olunub. Karantin qaydalarının qorunmasına polis nəzarət edir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pasiyent xəstəxananın birinci mərtəbəsindəki pəncərədən qaçıb. Ona qarşı cinayət işi qaldırılıb.