Hindistanın Nanded şəhər xəstəxanada bir gündə 20-dən çox xəstə, o cümlədən 12 yenidoğulmuş ölüb.
"Medicina" xəbər verir ki, 24 saat ərzində altı yeni doğulmuş oğlan və altı yeni doğulmuş qız uşağı ölüb. 12 nəfər böyük xəstə isə ilan sancmasından dünyasını dəyişib”.
Xəstəxana rəhbərliyi müəssisədə dərman qıtlığının olmadığını iddia edir. Lakin telekanalın məlumatına görə, son aylarda bəzi tibb işçilərinin başqa xəstəxanalara köçürülməsi ilə əlaqədar xəstələrə xidmətin göstərilməsində çətinliklər yaranıb.
Hazırda səhiyyə və hüquq qurumları bu qədər ölümün səbəbini araşdırır.
Aygün Musayeva