Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Xəstəxanada anama baxmadılar, bir həftəyə oradan meyiti çıxdı” - ŞİKAYƏT-FOTO

  • 2021.09.08 14:44
  • 2757 Baxış
"Xəstəxanada anama baxmadılar, bir həftəyə oradan meyiti çıxdı” -  ŞİKAYƏT-FOTO
“Anam Gülnarə Talıbovanı koronavirusdan sağaltmaq üçün Sumqayıtda 1 saylı Şəhər Xəstəxanasına yerləşdirdik. Amma xəstəxanada ona baxmadılar, bir həftəyə oradan meyiti çıxdı”.

Medicina.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya mərhumun qızı Gülnar Şəkərova müraciət edib.

Onun sözlərinə görə, anası - 58 yaşlı G. Talıbova avqustun 18-də koronavirusa yoluxub. Əvvəlcə vəziyyəti o qədər də ağır olmayıb.


Lakin sonradan avqustun 27-də 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib: “Evdə vəziyyəti yüngül idi, qızdırması olurdu, dərman içirdi, düşürdü. Son iki gündə pisləşdi, nəfəsi çatmadı. Məcbur olub xəstəxanaya yerləşdirdik. Orada isə bir həftəyə - sentyabrın 3-də bizə meyitini qaytardılar. Mənə telefonda deyirdi ki, xəstəxanada ona baxmırlar. Fikirləşirdim, bəlkə, evə gəlmək üçün elə deyir. Həkimlər isə baxdıqlarını deyirdilər. Mənə yalan dedilər, anamı öldürdülər. Oksigeni çox verib ciyərlərini partladıblar. Baş həkim Həsən Hüseynovun qəbulunda oldum, dedim baxmırlarsa, onu çıxarım aparım. Məni ələ saldı ki, “baxmırıq da, baxmırıq...” Gedin səhərlər o xəstəxanada müşahidə aparın, hər gün az qala, 10 meyit çıxır”.

Sumqayıt 1 saylı Şəhər Xəstəxanasının baş həkimi Həsən Hüseynov açıqlamasında bildirib ki, Gülnarə Talıbova ikitərəfli yanaşı pnevmoniya, şəkərli diabet, hipertoniya, piylənmə əlamətləri və koronavirusa yoluxma ilə xəstəxanaya daxil olub:

“Xəstəxanaya daxil olduqda saturasiyası 70, tənəffüs sayı 30 olub. İlk gündən sipap cihazına qoşulub. Xəstənin vəziyyətinin stabilləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Lakin təəssüflər olsun ki, vəziyyəti ağır olduğundan həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.