Britaniyanın intensiv terapiya bölməsinin həkimləri hesab edir ki, xəstəxanalarda qolaltı qoyulan termometrlər dayanıqlı göbələk və bakteriya yayılmasına səbəb olur. Söhbət Candida Auris göbələyindən gedir.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bu göbələk növü göbələk əleyhinə preparatlara qarşı çox dözümlüdür. Britaniyada son araşdırmada bu göbələyə yoluxmuş 66 pasiyentin 57-sinin xəstəxanada termometr istifadə etdiyi məlum olmuşdu.
Xəstəxanada pasiyentlər arasında göbələk yayılmasının qarşısı məhz bir termometrdən istifadə olunması dayandırılandan sonra alındı. Analizlər göstərdi ki, göbələk məhz dəfələrlə istifadə olunan tibbi avadanlıqlarda çoxdur. Düzdür, bu göbələkdən hələ ki, ölüm qeydə alınmayıb, amma həkimlər xəbərdarlıq edir ki, Candida Auris göbələyi immundefisiti olan xəstələrdə ölümlə nəticələnə bilər.
Ona görə xəstəxanada ümumi termometrdən istifadə etməkdən imtina edin və öz şəxsi termometrinizi aparın