Hər xəstənin xəstəxanaya girəcəyi andan etibarən bəzi hüquqları vardır və bu hüquqlar daim qorunub saxlanılmalıdır. Məxfilikdən, həkimin seçiminə qədər bir çox mövzuları əhatə edən bu hüquqlara riayət edən bir xəstəxana əlbəttə ki, daha güvənlidir.
Araşdırmalar göstərir ki, xəstəxana seçimində bəzi məsləhətləri nəzərə almaq lazımdır.
Xəstəxana daha əlçatan və yaxın yerdə olmalıdır
Əgər mövzu sağlamlıqdırsa, saniyələrin belə önəmli ola biləcəyini unutmamalıyıq. Təcili vəziyyətlərdə xəstəxanaya getməyin lazım olduğunu düşünsək, müalicə alacağınız xəstəxananın evinizə yaxın olmasına yaxud da ən azından daha rahat, əlçatan yerdə olmasına nəzər yetirməlisiniz.
Həkimlər təcrübəli və savadlı olmalıdır
İstər tanıdığınız, istərsə də müalicə müddətində olsun, həkiminizin daha əvvəlki müvəffəqiyyətlərini və uğurlarını bilmək sizə güvən, rahatlıq verər. Digər tərəfdən, həkiminizin sadəcə müayinə vaxtlarında deyil, təcili hallarda da əlçatan olmalıdır. Çünki sağlamlıqla zarafat etmək olmaz. Günün 24 saatı həkiminizlə əlaqə yarada bilməyiniz olduqca vacibdir.
Texnoloji avadanlıqları kifayətdirmi?
Düzgün diaqnoz və müalicə üçün lazım olan müayinələrin hamısı aparılmalı və müdaxilələr yerində edilməlidir. Çünki, hansısa bir müayinənin edilməməsi istənməyən nəticələrə səbəb ola bilər. Buna görə də, mütəxəssislər məsləhət görür ki, müalicəyə başlamazdan əvvəl seçdiyiniz xəstəxananın texnoloji avadanlıqları haqqında məlumat əldə etməli, maraqlanmalısınız.
Lazımsız müayinələr prosesi uzatmamalıdır
Təəssüf ki, bəzi səhiyyə müəssisələri xəstəxana xərclərini ödəmək üçün xəstələrdən lazımsız testlər tələb edə bilər. Buna görə də müalicə prosesinin uzadılmaması üçün tələb olunan yoxlanışların səbəblərini mütləq soruşmalısınız.
Xəstəxana daxilində müayinə üçün bütün şərait olmalıdır
Xəstəxanada lazımı tədbirlərin görülməsi üçün bütün şəraitin olması çox vacibdir. Çünki, yalnız bu yolla düzgün diaqnoz qoyula bilər. Məsələn, düşünürsünüz ki, ayağınızdakı ağrının səbəbi ortopedikdir, ancaq bu nevroloji problemdən də ola bilər. Bu səbəbdən də xəstəliyinizin daha dəqiq diaqnozu qoyulsa, müalicədə gecikməyəcəksiniz.